...

Azərbaycan ədəbiyyatının səviyyəsi məni qane etmir - Natiq Rəsulzadə

Cəmiyyət Materials 31 May 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /müx.TrendLife Vüqar İmanov/"Azərbaycan ədəbiyyatının səviyyəsi məni qane etmir. Mənə elə gəlir ki, biz hələ öz şirəmizdə qaynayırıq. Bizim əyalət ədəbiyyatı respublikadan kənara çıxarılmır. Tərcümə edilib başqa ölkələrə göndərilmir. Çox təəssüf! Bəlkə bu onunla əlaqədardır ki, bizim ölkə balacadır və ona görə də yaxşı yazıçılar çox azdır". Bu haqda TrendLife-a Natiq Rəsulzadə müsahibəsində deyib. "Məsələn, Türkiyəni götürək. Biz Türk yazıçılarını yaxşımı tanıyırıq? Gücnən 5-6-sını. Faiz etibarı ilə bərabər ola bilərik. Lakin bizim ədəbiyyatın şanlı ənənəsi var. Təəssüf ki, başqa ölkələrdə zəif təbliğ olunuruq. Bundan ötrü bizim yazıçılar və Şərq yazıçıları arasında müqavilələr bağlanmalıdır. Məsələn, qonşu Gürcüstanda öz ədəbiyyatları çox yaxşı təbliğ olunur. Şota Rustavelini bütün dünya tanıyır".

Xəbər lenti

Xəbər lenti