...

Qusmanla işləmək böyük xöşbəxtlikdir - kiçik Aleksandr Lazarev

Cəmiyyət Materials 31 May 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /müx.TrendLife Eldar Hüseynzadə/Nəhayət ki, Bakıda Yuli Qusmanın "Sovet dövrünün parkı" filminin təqdimatı keçirildi. TrendLife-ın verdiyi məlumuta görə, tədbir "Azərbaycan" kinoteatrında keçib. Prinsip etibarilə bu tədbir başqa yerdə keçə bilməzdi. Çünki Bakıda o biri kinoteatrlardan fərqli olaraq "Azərbaycan" kinoteatrı normal vəziyyətdədir. Amma söhbət bundan getmir.

Tədbir çoxlu qonaqların iştirakı ilə keçirildi. Onu da deyim ki, filmi Bakıda Azərbaycanın xalq artisti Yuli Qusman və baş rolların ifaçıları kiçik Aleksandr Lazarev, Mixail Yefremov təqdim edib. Filminin tamaşasına baxmağa deputat Anar Məmmədxanov, yazıçı Maqsud İbrahimbəyov, Dövlət film fondunun direktoru Cəmil Quliyev, rejissor Eldar Quliyev, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski və başqaları gəlmişdilər.

Ümumiyyətlə, bu filmin premyerası Moskvada keçən ilin noyabr ayında, birinci dəfə isə Rusiya teleekanalının birinci proqramı ilə martın 8-də nümayiş etdirilib. "Əvvəlcə belə fikirləşirik ki, biz yaşadığımız dünyada daimiyik. Təsəvvür edə bilmirdik ki, nəsə dəyişə bilər. Lakin miflər yaddan çıxmalıdır. Artıq hamı başa düşməlidir ki, zaman dəyişib. Azərbaycanda Rusiya ilə müqayisədə bu problemlər azdır. Filmin aktyor kollektivinə gəldikdə isə mən deyərdim ki, Aleksandr Lazarevin oynadığı rol onun karyerasında ən uğurlusudur. Mixail Yefremov isə o qədər əclaf rolunu oynayıb ki, sadəcə bəzi filmlərdə az, bəzilərində isə çox olub" -deyən Yuli Qusman tədbirə belə başladı.

Sonra aktoyrlar sıxış etdilər. "Yuli Qusmanla işləmək böyük xöşbəxtlikdir. Biz filmi 93 gün ərzində çəkmişik. Bu çox böyük müddətdir. Çəkilişlər çətin olsa da, zarafat və şən keçdi. Mənə elə gəlir ki, Yefremov da film üzərində çox yaxşı işləyib" - kiçik Aleksandr Lazarev öz fikrini bildirdi.

Yefremov isə danışmağa az söz tapırdı. "Mən bəzilərindən fərqli olaraq birinci dəfədir ki, Bakıdayam. Hamı məndən soruşur: necədir, Bakı xoşuna gəlir? Bircə onu deyə bilərəm ki, "Ah! Hamının gördüyü film bar mənalı alınıb. Sovet İttifaqı dövrünün kurortuna arzulayan hər kəs gedə bilər. Məsləhət bilərdim ki, orda nə baş verdiyini siz özünüz filmə baxıb görəsiniz. Çünki danışmaq o qədər də asan deyil".

Xəbər lenti

Xəbər lenti