...

Elnarə: Altı uşaq anası olmaq istəyirəm!

Cəmiyyət Materials 4 İyun 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Biz onu demək olar ki, bir ildir görmürük. Səbirsizliklə onun estaradaya qayıtmağını gözləyirik. Bizim yadımızda onun əvvəlki imici qalıb amma o söz verib ki, qarşımızda yeni imiclə çıxış edəcək. O, indi hamilədir. Lap bir mahnı yadıma düşdü: "Bu müvəqqətidir". Ya da elə bu ay o, ana olacaq. Beləliklə, bu gün həmsöhbətimiz müğənni Elnarə Xəlilovadır.

- Yeri gəlmişkən, niyə hələ də Cahangirova yox, Xəlilovasan. Necə də olsa artıq bir ildir ki, Rövşən Cahangirovun həyat yoldaşısan.

- Familya dəyişməzdən əvvəl çoxlu kağız yığmalısan. Başa düşdüyün kimi mənim indii ona halım yoxdur. Amma qızım dəqiq Cahangirova olacaq.

- Bəs sən nə vaxt bildin ki, qızın olacaq?

- Beş-altı ayımda. O da ona görə ki, məni "nəyin olacaq?" sualları ilə bezdirmişdilər. Heç kim inanmırdı ki, mən bilmirəm nəyim olacaq. Çoxları elə başa düşürdü ki, bilirəm sadəcə gizlədirəm.Birdən göz dəyər...

Mən həmişə belə cavab verirdim: "Bəyəm mənim oğlum var ki, qız istəyim, yaxud da qızım var ki. oğlan istəyim?" Bu, mənim ilk övladımdır. Ən əsası doğuş normal və uşaq sağlam olsun.

- İndi bəzi inkişaf etmiş analar xüsusi proqramlara riayət edirlər. Guya ki, onda dünyaya gələn uşaq həm əqli, həm də fiziki cəhətdən tam inkişaf etmiş olur. Klassik musiqilərə qulaq asırlar və s.

- Mən bu tipli analara aid deyiləm. Hazırda nə istəyirəmsə, daha doğrusu, orqanizmim nə tələb edirsə onu da edirəm. Əlbəttə, mahnılara da qulaq asıram. O da ona görə ki, mənim özümə xoşdur. Bircə çalışıram ki, sevdiyim triller və dəhşətli kinolara baxmayım. Hərçənd ki, bu da çox vaxt alınmır (gülür).

- Səni bir uşaq qane edir?

- Əlbəttə, yox. Biz Rövşənlə minimum altı uşaq planlaşdırırq(gülür). Onun dediyi kimi, biri təyyarəçi, o birisi tankçı, o birisi həkim. ..

- Bəs müğənni?

- O gələcəyin işidir. Şou-biznesdə yaxşılığa doğru dəyişikliklər olsa, onda fikirləşərik.

- Bəyəm indi hər şey pisdir ki?

- Mən də daxil olmaqla yaxşı nə var ki? Başdan ayağacan xaos. Kim nə istəyir oxuyur, nə istəyir eləyir. Bir sərhəd, çərçivə olmalıdır. Müğənnilər çərçivədən çıxmamalıdırlar. Canlı efirdə ağıllarına nə gəldi danışmamalıdırlar.

- Özün bu xaosa nə vaxt qayıdacaqsan?

- Mən heç ondan getməmişdim. G.Həsənzadənin mahnısına yazılmış Sərvər Şahbəylinin "Pəncərəndə" mahnısının üzərində işləyirdim. Hazırda radiolarda səslənir.

- Biz səni nə vaxt görəcəyik?

- İnşallah. Sentyabr ayında. Mən Yaşıl Teatrda çıxış etmək istəyirəm.

- Qoy həmişə arzuların həyata keçsin.

- Çox sağ ol!..

Xəbər lenti

Xəbər lenti