...

Sabiq səhiyyə naziri təkrarən həkim müayinəsindən keçiriləcək

Cəmiyyət Materials 5 İyun 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanov təkrarən həkim müayinəsindən keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend ə eksklüziv açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib. Nazir müavini bildirib ki, sabiq nazir xəstəliyi ilə bağlı saxlandığı istintaq təcridxanasının rəhbərliyinə müraciət edib. Həmin müraciətdən sonra İnsanov müəssisənin tibb sanitar hissəsinin həkimlərinin müayinəsindən keçib. Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsi İnsanovun təkrar müayinədən keçirilməsi üçün həkimlərin dəvət olunması barədə qərar qəbul edib: "İnsanovun səhhətində ciddi bir problem yoxdur. Təkrar həkim müayinəsindən sonra ehtiyac olarsa, o, Müalicə Müəssisəsinə köçürülə bilər".

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti