...

Qubada son aylar ərzində altı uşaq ölümü qeydə alınıb

Cəmiyyət Materials 6 İyun 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov / Qubada yanvar-may aylarında müxtəlif xəstəliklər ucbatından altı uşaq ölüb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin (DSK) Quba rayon şöbəsindən məlumat verilib.

Məlumata görə, ötən ilin altı ayı ərzində Qubada 13 uşaq ölümü qeydə alınıb. Uşaq ölümünün səbəbi kimi havaların sərt keçməsi, vaxtı ötmüş ərzaqlardan istifadə göstərilir.

Qubada 35 min 856 uşaq qeydiyyatdadır.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti