...

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqənin ən yaxşısı seçilib

Cəmiyyət Materials 6 İyun 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Azərbaycan musiqiçilərinin yeni nəslinin nümayəndələri yeni zirvələr fəth ediblər. Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsi Adilə Ədhəmzadənin verdiyi məlumata görə, o,10-cu Beynəlxalq Musiqi müsabiqəsində italyan dirijor Petro Arcemento tərəfindən ən yaxşı kimi seçilib. Bu müsabiqə Coya dell Koll şəhərində mayın 29-dan iyunun 3-nə kimi keçirilib. O, 18-23 yaşlı gənclər arasında iştirak edib.

"Mənim qrupumda İtaliya, Koreya, hətta bir erməni nümayəndəsi var idi. Müsabiqə bir neçə kateqoriyada keçdi. Orda həm vokalçılar, həm də mənim kimi pianoçular vardı. Müsabiqədə mən Mosartın, Çaykovskinin, Şumanın əsərlərini ifa edirdim. Jurinin nəticələrinə görə, Rusiya pianoçusu Alla Volkova, İtaliyadan və Yaponiyadan olan musiqiçilər və mən yaxşı yerlərə layiq görüldük. Sonuncu gün qaliblər qala-konsert verməli idilər. Və nəticədə tam qalib elan edilməli idi. Çox təəssüf ki, mən qala-konsertdə iştirak edə bilmədim. Çünki təcili Bakıya qayıtmalı idim" - deyə Adilə qeyd etdi.

Onu da deyək ki, Adilə bu müsabiqə barədə İnternet vasitəsilə xəbər tutub. Sonda o, ən yaxşısı olub. Beynəlxalq müsabiqədə o, birinci dəfədir ki, iştirak edir. Və belə bir nəaliyyət. Son vaxtlar bu, Azərbaycandan olan ikinci musiqiçinin qələbəsidir. Bu yaxınlarda Rumıniyada keçirilən beynəlxalq musiqi müsabiqəsində 13 yaşlı həmyerlimiz Osman Eyyuboğlu Ən yaxşı seçilib.

Xəbər lenti

Xəbər lenti