...

Azərbaycanın orta məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanlarında ən yüksək göstəricini Sumqayıt, ən aşağını İmişli qazanıb

Cəmiyyət Materials 6 İyun 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda orta ümumtəhsil məktəblərində keçirilmiş mərkəzləşdirilmiş buraxılış test imtahanlarında ən yüksək göstəricilər Sumqayıt şəhərinin, ən aşağı göstəricilər İmişli rayonunun məktəblərinə aiddir. Bu barədə çərşənbə axşamı mətbuat konfransı keçirən Azərbaycanın təhsil naziri Misir Mərdənov açıqlama verib.

Mərdanov qeyd edib ki, çərşənbə axşamı Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalarda, İmişli, Bakının Xətai, Səbail rayonlarında və Sumqayıt şəhərində orta məktəbdə mərkəzləşdirilmiş qaydada buraxılış test imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 13 min 19 nəfər şagird iştirak edib. 474 şagird illik nəticələrinə görə imtahanlara buraxılmayıb.

Nazirin sözlərinə görə, mərkəzləşdirilmiş buraxılış test imtahanlarının nəticələri cəmi 10 saat ərzində açıqlanıb. İmtahanlara buraxılmayan şagirdlər attestat almayacaqlar, lakin onlar gələn il təkrar imtahan verə bilərlər.

Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyalarda 915 şigird imtahanda iştirak edib, onlardan 780-i (86,47%) müvəffəq qiymətlər, 122-si (13,53 %) bir və ya bir neçə fəndən qeyri-kafi qiymət alıb. Bakının Xətai rayonunda imtahanda iştirak edən 3375 şagirddən 2596-sı (77 ,91%) müvəffəq, 736-sı (22,09%) qeyri-kafi qiymətlər alıb. Bakının Səbail rayonunda 1682 şagirdin 1360-ı (77%) müvəffəq, 407-si (23%) qeyri-kafi qiymətlər alıb. Sumqayıt şəhərində 4425 şagird arasında 3793-ü (84%) müvəffəq, 632-si (16%) qeyri-kafi qiymət alıb. İmişli rayonunda imtahan verən 1511 şagirddən 978-i (64,73%) müvəffəq, 533-ü (35,27%) qeyri-kafi qiymət alıblar.

Həmin buraxılış tets imtahanlarında Təhsil Nazirliyinin 26 məsul işçisi imtahan rəhbəri təyin olunub.

Xəbər lenti

Xəbər lenti