...

Mən artıq yorulmuşam – Rauf Musayev

Cəmiyyət Materials 7 İyun 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Artıq məlum olub ki, Azərbaycanın əməkdar artisti Faiq Ağayevin neçə illik meneceri olan Rauf Musayev rəsmi olaraq müğənnidən ayrılıb. Bu xəbər bütün KİV-ə, həmçinin TrendLife-a yayıldı. Biz də belə qərara gəldik ki, məsələyə aydınlıq gətirək.

Bilirsiniz, axı ulduz heç vaxt 13 illik yaxını ilə asanlıqla ayrılmır. Beləliklə, Rauf özü məsələyə belə aydınlıq gətirdi: "Heç bir mübahisə, heç bir dava olmayıb. Sadəcə hamıdan, hər kəsdən yorulmuşam. Dincəlmək istəyirəm, vəssalam. Onu da qeyd edim ki, Faiqlə mənim münasibətlərim necə idisə, eləcə də qalıb".

İndi isə söz "səbəbkarındır". "Mən istəməzdim ki, mənim əhatəmdə baş verən söz-söhbətlər ictimayətə yayılsın. Bu bizim şəxsi işimizdir. Və istəməzdim ki, bu məsələni qabardaq. Gələcək tənqidlərdən qaçmaq üçün bircə bunu deyə bilərəm ki, Rauf Musayev qovulmayıb, sadəcə, 3 aylıq məzuniyyətə çıxıb. İndi onun işini Babək Duniyev aparır." Bax, belə, cənablar. Bir ağızdan çıxan informasiya. Elə deyil ki: "kimsə dedi hardasa eşitmişəm". Bircə onu əlavə edim ki, yeni menecer Babək Duniyev "Qayğanaq-şounun" iştirakçılarından biri olub. O da həmçinin qeyd etdi ki, bir neçə gündür ki, Faiqin menecerinin vəzifəsini yerinə yetirir. Buna rəğmən Rauf Musayevlə də yaxşı munasibətdədir.

"Faiq mənə bir neçə ay bundan əvvəl müraciət edib. Və bir neçə gündür ki, mən menecer funksiyasını yerinə yetirirəm. Raufla mənim münasibətimə gəldikdə isə, bizim çox yaxşı münasibətlərimiz var. Onun gedişinin səbəbi mənə məlum deyil. Mən heç bunu bilmək də istəmirəm" - deyə Babək öz fikrini bildirdi.

Xəbər lenti

Xəbər lenti