...

Litvanın mədəniyyət naziri Bakıya gəlir

Cəmiyyət Materials 7 İyun 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bu gün Bakıya xüsusi dəvət olunmuş Litvanın mədəniyyət naziri Yonas Yuças və Avropa Beynəlxalq münasibətlər üzrə şöbənin müdiri Vida Qrajienie Azərbaycana gəlir. Bu haqda TrendLife-a mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xəbər verib.

Görüş çərçivəsində Litva nümayəndələri Şəhidlər xiyabanını və Fəxri Xiyabanı ziyarət edəcək, əklil qoyacaqlar. Daha sonra isə Heydər Əliyev Fondunu, "Qız qalası" sərgisini, Xalça Muzeyini, İncəsənət Muzeyini, Qız Qalasını, Şirvanşahlar Sarayını gəzəcəklər. Onlar həmçinin caz festivallarında - Opera və Balet Teatrında Əzizə Mustafazadənin və Yaşıl Teatrda ZJAZZ kvartetinin konsertində iştirak edəcəklər. İyunun 9-da isə Mədəniyyət və Turizm Nazirliyində Yonas Yuçasanın və Vida Qrajienin mətbuat konfransı təşkil olunacaq. İyunun 10-da isə Litva nümayəndələrinin səfəri başa çatacaq.

Xəbər lenti

Xəbər lenti