...

Xarici ölkələrdən siyasi sığınacaq istəyən jurnalistlər rəsmi şəxslərə müraciət ediblər

Cəmiyyət Materials 8 İyun 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Xarici ölkələrdən siyasi sığınacaq istəyən jurnalistlər bu gün Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Prezident Apatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova müraciət ediblər. Bu barədə cümə günü Trend ə "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov məlumat verib.

Cəfərov bildirib ki, müraciətdə adıçəkilən şəxslərin siyasi sığınacaq istəyən jurnalistlərlə görüşməsi xahiş olunur. Şöbə redaktorunun sözlərinə görə, həmin şəxslər mətbuata verdikləri açıqlamalarda jurnalistlərin siyasi sığnacaq istəmələrinin əsassız olduğunu bildiriblər. Onlar Azərbaycanda mətbuat üçün lazımi şəraitin yaradıldığını deyiblər.

Xarici ölkələrdən siyasi sığınacaq istəyən 24 jurnalistin müraciətinə hələlik müsbət cavab verilməyib. Jurnalistlər "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetləri fəaliyyətini dayandırdıqdan sonra xarici ölkələrdən siyasi sığınacaq istəmək qərarına gəliblər. Onlardan 19-u "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan", 3-ü "Azadlıq", 1-i "Yüksəliş naminə" və 1-i "Bakı-Xəbər" qəzetlərinin əməkdaşlarıdır.

Xəbər lenti

Xəbər lenti