...

Azərbaycan diasporunun nümayəndəsi Çexiya prezidenti ilə görüşüb

Cəmiyyət Materials 11 İyun 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov bazar günü Çexiya Respublikasının prezidenti Vaçlav Klausla görüşüb. Bu barədə Nəzərov məlumat verib.

Görüş Lidiçe hadisələrinin 65-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasim zamanı baş tutub. Çexiya prezidenti Azər-Çex Cəmiyyətinin fəaliyyəti ilə maraqlanıb, Praqada yeni "Azərbaycan Evi"nin açılması münasibətilə təbriklərini çatdırıb. Prezident "Azərbaycan Evi"nə hədiyyə kimi öz şəxsi fotosunu imzalayıb.

Müxtəliv ölkələrin nümayəndələri və rəsmi şəxslərinin iştirak etdiyi tədbirdə Çexiyada yaşayan azərbaycanlılar adından memorial kompleksə əklil qoyulub.

Xəbər lenti

Xəbər lenti