...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi sabah davam etdiriləcək

Cəmiyyət Materials 12 İyun 2007 17:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və daha 17 şəxsin məhkəməsi çərşənbə gününə təxirə salınıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə çərşənbə axşamı keçən prosesdə 2004-cü ildə Qarabağ veteranlarına və əlillərə paylanılmalı olan özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə zərərçəkənlərin dindirilməsi davam etdirilib.

Fasilədən əvvəl və sonra zərərçəkənlər ifadə veriblər. Hakim prosesin sabah davam etdirilməsinə qərar verib.

Xəbər lenti

Xəbər lenti