...

Ombudsman: "Azərbaycanda vətəndaşların döyülməsi halları polis tərəfindən saxlanılarkən baş verir" (video)

Cəmiyyət Materials 18 İyun 2007 15:00 (UTC +04:00)
Ombudsman: "Azərbaycanda vətəndaşların döyülməsi halları polis tərəfindən saxlanılarkən baş verir" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İnsan Hüquqları ürə Müvəkkilə fəaliyyətdə olduğu müddətdə vətəndaşlar tərəfindən 30 mindən artıq şikayət daxil olub. Ombudsman Elmira Süleymanova bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, daxil olan şikayətlər arasında vətəndaş, iqtisadi, siyasi hüquqların pozulması faktları yer alıb. Ombudsmanın sözlərinə görə, həmin hüquqların bərpası ilə bağlı müvafiq tədbirlər görülüb.

Süleymanova qeyd edib ki, ötən il təsdiq edilmiş İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının icrasına müstəqil nəzarətin Ombudsmana tapşırılması təklifi ilə çıxış edib.

Ombudsman cəzaçəkmə müəssisələrində, polis idarələrinin müvəqqəti saxlama məntəqələrində işgəncə faktlarının qeydə alındığını, lakin belə faktların əvvəlki illərlə müqayisədə xeyli azaldığını deyib. Ombudsmanın sözlərinə görə, vətəndaşlar əksər hallarda saxlanılarkən döyülür, işgəncələrə məruz qalırlar.

Xəbər lenti

Xəbər lenti