...

Azərbaycanda hava şəraiti həftə ərzində qeyri-sabit keçəcək

Cəmiyyət Materials 18 İyun 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti iyunun 19-dan 23-dək qeyri-sabit keçəcək. Bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə rayonlarda gecə və axşam saatlarında yağış yağacaq, bəzi yerlərdə şimşək çaxacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılıb. Şimal-qərb küləyi arabir güclənəcək, çaylarda sululuq artacaq, bəzi dağ çaylarında qısamüddətli daşqınların olacağı ehtimal olunur.

Yaxın üç gün ərzində Abşeron yarımadasında hava şəraiti əksər insanlar üçün nisbətən əlverişli olacaq.

Xəbər lenti

Xəbər lenti