...

Cəmil Əmirov: "Caz həmişə müxtəlifdir və onun gözəlliyi də məhz bundadır"

Cəmiyyət Materials 18 İyun 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /müx. " Eldar Hüseynzadə/ Caz-festival artıq başa çatıb. Lakin onun haqqında hələ çox danışılacaq. Bakı caz-festivalı haqqında həmişə çox danışılır. Ona görə ki, festival ildə bir dəfə keçirilir. Bu haqda "TrendLife"a cazmen Cəmil Əmirov isə bunları dedi: "Əvvala onu deyim ki, hər şey mənim çox xoşuma gəldi. Fikrimcə, caz-festivallar bir-birindən fərqlənməlidir. Festivala müxtəlif musiqiçilər gəlir. Ona görə də musiqilər eyni olmur. Axı caz simfonik musiqi deyil ki,deyəsən yaxşıdır, ya da pis. Onun gözəlliyi də elə ondadır ki, caz müxtəlifdir". Həmçinin Əmirov gənc caz ifaçılarının səviyyəsindən də danışdı: "Biz də istedadlı gənclər çoxdur. Mənə elə gəlir ki, festivalda onlar yeni bir şey ifa etmədilər. Mən bunların hamısını eşitmişəm. Bundan da artıq işləmək lazımdır. Gənc musiqiçilərə bol-bol konsert və uğurlar arzu edirəm!"

Xəbər lenti

Xəbər lenti