...

İosif Kabzonun konsertində yanğın baş verib

Cəmiyyət Materials 19 İyun 2007 15:28 (UTC +04:00)

"TrendLife" / Özünün 70 illik yubileyi ilə əlaqədar İosif Kabzon MDB ölkələrinin 25 şəhərində və yaxın xaricdə konsert turnesinə çıxacaq. Ancaq həmişə hər şey yağ kimi getmir. Kiyevin Milli "Ukrayna" səhnəsində keçirilən yubiley konserti zamanı yanğın baş verib. Yanğın işıqlanma ilə bağlı başlayıb. Yanğın dekorasiyaların 25 kvadratmetrini əhatə edib, lakin xoşbəxtlikdən ciddi ziyan dəyməyib. Yanğının baş vermə səbəbləri hələki dəqiq məlum deyil. Yanğın zamanı tamaşaçıları operativ şəkildə binadan evakuasiya etmək mümkün olub. Ölən və yaralanan olmayıb. Dəyən ziyanın məbləği hələki məlum deyil.

Xəbər lenti

Xəbər lenti