...

Universitetlərdə sosial işçilər hazırlayan fakultənin açılması üçün Təhsil Nazirliyinə müraciət edilib

Cəmiyyət Materials 19 İyun 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi universitetlərdə sosial işçilər hazırlayan fakultənin açılması üçün Təhsil Nazirliyinə müraciət ünvanlayıb. Bu barədə çərşənbə axşamı nazir müavini Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, təklif nazirlik tərəfindən müsbət qarşılanıb.

Məmmədov həmçinin bildirib ki, ilin sonuna qədər Göyçay rayonunda regional peşə tədris mərkəzi açılacaq. İndiyə qədər regional tədris mərkəzlərində 390 nəfər peşə hazırlıq kurslarına cəlb olunub. Peşə hazırlıq kurslarına cəlb olunanlar xarici dilin və kompüterin öyrənilməsi kimi müxtəlif peşələrə yiyələnirlər. Peşə kursları çərçivəsində Ukraynadan Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi müəllimlərlə seminar-məşğələ keçir.

Hazırda Bakı Regional Tədris Mərkəzində 12 nəfər gözdən əlil tikiş sahəsi üzrə xüsusi peşə hazırlığı keçir.Bu layihə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir. Gələcəkdə 24 peşə üzrə xüsusiləşmiş kursların təşkil edilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti