...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkən şəxslərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 20 İyun 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi zərərçəkənlərin ifadələri ilə davam edib.

Günün birinci yarısı 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə 20 zərərçəkən dindirilib. Dindirilmiş zərərçəkənlər, əsasən Çernobıl əlilləri və Qarabağ əlilləri məhkəmə ifadəsində bildirdilər ki, 2004-cü ilin avqust ayından noyabr ayınadək özəlləşdirmə payının alınması üçün yerli banklara müraciət etsələr də, onlara özəlləşdirmə payı əvəzinə 20 min manat (AZM) təklif olunub. Zərərçəkmişlər ifadələrində göstəriblər ki, onlara çatacaq özəlləşdirmə paylarının əvəzinə 20 min manat təklif olunmasını özlərinə təhqir hesab etdikləri üçün pulu götürməkdən imtina ediblər. Zərərçəkmişlər ifadələrinin sonunda keçmiş iqtisadi inkişaf naziri Əliyev tərəfindən mənimsənildiyi göstərilən özəlləşdirmə paylarını tələb ediblər.

Fasilədən sonra məhkəmə davam edəcək.

Xəbər lenti

Xəbər lenti