...

Azərbaycanın ədliyyə naziri: "300 bələdiyə sədri inzibati cəzaya cəlb olunub"

Cəmiyyət Materials 27 İyun 2007 14:02 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri: "300 bələdiyə sədri inzibati cəzaya cəlb olunub"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı ötən dövrlər ərzində 20-dən çox qanun, 500-dən çox normativ akt qəbul edilib. Bu barədə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çərşənbə günü bələdiyyələrin ümümrespublika toplantısında açıqlama verib.

Nazirin sözlərinə görə, indiyə gədər 120-dək yerli və beynəlxalq konfrans təşkil olunub, 100-lərlə bələdiyyə üçün kurslar keçirilib. 2007-ci ilin ilk yarısında 1100 bələdiyyə quluqçusu bu kurslara cəlb olunub. Məmmədov bildirib ki, fəaliyyətindəki nöqsanlara görə, 300 bələdiyyə sədri inzibati cəzaya cəlb olunub: "Ötən il bələdiyyə aktlarının tərtib edilməməsi halları 1, 5 dəfə artaraq 17 min olub. Baş prokurorluqda faktlarla bağlı cinayət işi açılıb", - deyə nazir diqqətə çatdırıb. Məmmədov onu da deyib ki, bələdiyyələrin Milli Assosiyasiyasının yaradılması 2007-ci ilin sonuna planlaşdırılsa da, bu iş bir il tez həyata keçirilib. Nazir əlavə edib ki, dövlət hər zaman bələdiyələrin inkişafını diqqətdə saxlayır, onların fəaliyyətinə önəm verir.

Xəbər lenti

Xəbər lenti