...

Azərbaycanın Dövlət Film Fondu yeni arxiv materialları ilə genişlənib

Cəmiyyət Materials 27 İyun 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Dövlət Film Fondu yeni arxiv materialları ilə genişlənib. TrendLife-ın verdiyi məlumata görə, film fonduna daxil olan arxiv materialları Krım respublikasının xalq artsti, Azərbaycanın tanınmış aktyoru Xeyri Əmirzadəyə aiddir. O, səsli və lal Azərbaycan səhnəlirində çəkilib.

Xeyri Əmirzadə Odessa teatr studiyasının məzunudur. Kino karyerasına 1924-ci ildə başlayıb. O, "26 Bakı komissarı" (1932), "Dostlar" (1934), "İsmət" (1934), "Almas" (1936), "Səbuhi" (1941), "Bəxtiyar" (1942) və başqa filmlərdə çəkilib. Fotoşəkillər və bəzi arxiv materialları Dövlət Film Fonduna Simferopol şəhərinin Dövlət film fondundan gətirilib.

Xəbər lenti

Xəbər lenti