...

Şəkidə Vərəm Dispanserinin açılışı olub

Cəmiyyət Materials 30 İyun 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Şəki şəhərində Yunanıstanın Azərbaycandakı səfirinin iştirakı ilə əsaslı təmir edilən Vərəm Dispanserinin açılışı olub. Altı ətraf rayona xidmət göstərəcək dispanserin yenidən bərpası Yunanıstanın MED-INN (tibbi müdaxilə) qeyri-hökumət təşkilatının ayırdığı 80.000 avro hesabına başa gəlib.

Dispanserin baş həkimi Abbas Hüseynovun sözlərinə görə, 1882-ci ildə tikilən bina artıq ikinci dəfədir ki, MED-INN dəstəyi ilə əsaslı təmir olunur. Dispanserdə 18 otaq və bir laboratoriya mövcuddur.

Şəki paytaxt Bakıdan 320 km məsafədə yerləşir. 

Xəbər lenti

Xəbər lenti