Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Dortmundda keçirilən superturnirdə liderlik uğrunda mübarizəni davam etdirir. Trend agentliyinin verdiyi məlumata görə, bir günlük istirahətdən sonra dünya gənclər birinciliyinin ağ fiqurlarla ikiqat qalibi olan Məmmədyarov Hindistandan olan favorit Vişvanat Anandla oyunu heç-heçə bitirib. Heç-heçə oyunun hesabına 2,5 bal toplamaqla hazırda o, 4-cü yerdə qərar tutub və 3-cü yeri tutan Ananddan 0,5 bal geri qalır. Şəhriyarla analoji nəticəyə Venqr Peter Leko da malikdir ki, o, bu turnirdə liderliyini saxlayaraq Rusiyalı Vladimir Kramniklə sülh bağlayıb. Məmmədyarovun növbəti rəqibi norveçli Maqnus Karslen olacaq ki, bu rəqibinə qarşı da qrossmeyster ağ fiqurlarla oynayacaq.