...

Azərbaycanın yeniyetmə komandası Avro-2007-də dördüncü yer tutdu

Cəmiyyət Materials 2 İyul 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət yığması Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında dördüncü olub.

Trend in xəbərinə görə, idmançılarımız çıxışa birinci başladılar. Gürzlə hərəkətlərə görə gimnastlarımız (beş cüt) 24.500 bal qazandılar. Belarslu idmançıların çıxışınadək gimnastlarımız üçüncü yerdə gedirdilər, lakin sonra dördüncü yerə endilər. Bununla belə idmançılarımız finalda çıxış edən Ukrayna, İspaniya, İsrail və Macarıstan yığmalarını qabaqlaya bildilər.

Qızıl medallara isə Rusiya gimnastları sahib çıxdılar. Gümüş medallar bolqarlara, bürünc medallar isə belaruslara qismət oldu.

Xəbər lenti

Xəbər lenti