...

"Qarabağ" Türkiyədə təlim keçir

Cəmiyyət Materials 3 İyul 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Qarabağ" futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışı keçir.

Komanda avrokuboklar iştirakçıları arasına düşmədiyi üçün bilavasitə Azərbaycan çempionatına hazırlaşa bilər. Ağdamlıların baş məşqçisi Rasim Kara da məhz birincilikdə uğurlu çıxışa əsas diqqət yetirir. Çalışdırıcı yeni futbolçuları izləyir və onların yeni mövsüm ərəfəsində fiziki hazırlığını qiymətləndirir.

Güman olunur ki, məşqlərdən başqa "Qarabağ" yerli klublarla bir sıra sınaq görüşləri keçirəcək. Komanda üzvləri bilavasitə səhiyyə professoru Mehmet Binnətin nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti