...

AŞPA sədri təəssüf edir ki, Ermənistan-Azərbaycan matçı baş tutmadı

Cəmiyyət Materials 5 İyul 2007 14:45 (UTC +04:00)

"Təəssüf edirəm ki, Ermənistan və Azərbaycan komandaları arasında futbol oyunu baş tutmadı" - deyə AŞPA sədri Rene van der Linden bəyan edib. (Arminfo)

"İdman xalqların yaxınlaşması baxımından olduqca maraqlı və vacib instrumentdir" - deyə AŞPA sədri vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə UEFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində nəzərdə tutulan Ermənistan-Azərbaycan matçlarını ləğv edib. Ermənistan Futbol Federasiyası qarşılaşmaların Yerevan və Bakıda, Azərbaycan isə neytral meydançada oynanılmasını istəyirdi. Nəticədə UEFA hər iki görüşü ləğv etdi.

Xəbər lenti

Xəbər lenti