Azərbaycan, Bakı, 7 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Siz nə vaxtsa Venesiya karnavalında olmusunuz? Onda gəlin Muzey Mərkəzinə yalvaraq ki, burda da əsl karnaval açılsın. Marqarita xanımın TrendLife-a verdiyi məlumata görə, muzeydə o öz sərgisini açıb. Bir az da rəssamın özü haqda. O, 1969-cu ildən Azərbaycan və SSRİ Rəssamlar ittifaqlarının üzvüdür. M.Kərmova-Sokolova səyahət etməyi çox sevir. Rəssamın personal sərgiləri Rusiyada, Amerikada, Almaniyada, Fransada, Avstriyada, Polşada, İtaliyada, Kubada, Rumınyada, əlbəttə, Azərbaycanda açılıb. M.Kərimova artıq neçə ildir ki, Kölndə yaradıcılıq dərsləri verir, həmçinin özünün "Yaradıcılıq" studiyası var. O, estetik inkişaf fondunun vitse-prezidenti, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. M.Kərimova öz sərgisini Venesiyadakı karnavalda olduqdan sonra fikirləşib. Bu iş hələki, hazırki mövzunun ilk layihəsidir.
Onun sərgisinin açılışı münasibəti ilə təbrikə çox insanlar gəlmişdi. Tədbiri giriş sözü ilə İttifaqın rəhbəri Fərhad Əliyev açdı. İncəsənət Akademiyasının rektoru Ömər Eldarov bir neçə kəlmə gözəl sözlər dedi : "Marqarita həmişə sübut edib k, onun işlərində bənzərlik yoxdur. Bu, onda çox gözəl alınır. O, başqaları kimi deyil. Bu, onda çox gözəl alınır. Tahir Salahov, tanınmış rəssam İsmayıl Məmmədov, rejissor Oqtay Mirqasımov hətta ona eşq elan etdilər... alman dilində. Həmçinin tədbirdə Almaniyanın səfiri də iştirak edirdi. Lakin tərcüməçi olmadığından səfir danışmaqdan imtina etdi. Fərhad Xəlilov isə bunları söylədi: "Mirqasımov alman dilində əla bilir. O, tərcümə edər".
Ümumiyyətlə, sərgidə çox isti münasibət hiss olunurdu. Venesiya karnavalını hiss etmək üçün yalnız kostyumlar və maskalar çatmırdı. Kərimovanın işləri canlı, işıqlı planda idi. Bir sözlə, sərgi uğurlu alındı. Əgər siz də bu karnavalın şahidi olmaq isətyirsinizsə , Muzey Mərkəzinə gəlin. Nə qədər ki, gec deyil...
.