...

İşgəncələrə Qarşi Komitə Azərbaycanın 12 rayonunun polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib

Cəmiyyət Materials 12 İyul 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İşgəncələrə Qarşi Komitə Azərbaycanın 12 rayonunun polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. Komitənin sədri ccümə axşamı Trend ə bildirib ki, monitorinq Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında saxlanma şəraitini, işgəncə faktlarının olub-olmadığını müəyyənləşdirmək, saxlanılan şəxslərə işgəncələrin verilib-verilməməsini öyrənmək məqsədilə aparılıb. Behbudov bir neçə rayonun polis bölməsində bəzi problemlərin qeydə alındığını və bu barədə bu gün daxili işlər naziri Ramil Usubova məlumat verdiyini deyib. Monitorinqin nəticələri işgəncələrlə bağlı hazırlanacaq hesabata daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti