...

Dövlət Komitəsinin sədri: "Gürcüstanda Azərbaycan məktəblərinin bağlanmasını biz təklif etmişik" (video)

Cəmiyyət Materials 12 İyul 2007 16:36 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Gürcüstanda Azərbaycan məktəblərinin bağlanmasını biz təklif etmişik" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin bağlanması təklifini Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi irəli sürüb. Bu barədə cümə axşamı mətbuat konfransı keçirən XÖYAİ Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.

O bildirib ki, Gürcüstan hökuməti Azərbaycan məktəblərinin bağlanmasının əleyhinədir. İbrahimovun sözlərinə görə, Gürcüstan hökuməti birdən-birə bu qədər məktəbin bağlanmasının tərəfdarı deyil, bunun yalnız 2010-cu ilə qədər mərhələ-mərhələ həyata keçirilməsinin mümkünlüyünü bildirir.

İbrahimov Gürcüstanda Azərbaycan məktəblərinin bağlanmasının və əsas tədrisin gürcü dilində aparılmasının tərəfdarıdır. O, bu mövqeyini Gürcüstanda yaşayan azərbaycanlıların dövlət dilini bilməməsi üzündən işlə təmin olunmaması nəticədə ölkəni tərk etməsi ilə əlaqələndirib.

"Gürcüstanda 2005-06-cı tədris ilində orta məktəbi bitirən təxminən 9 min azərbaycanlı şagirddən yalnız 47-si bu ölkənin universitetlərinə qəbul olunub. Azərbaycanlıların yığcam yaşadığı yerlər gürcü dilini bilmədikləri üçün sanki qapalı dairəyə çevrilib, cəmiyyətdən təcrid olunub. Hər bir azərbaycanlı ailəsindən bir neçə nəfər ölkəni tərk edib gedib. Azərbycanlıların öz doğma yurdlarını tərk etməsi fəlakətdir. Ona görə də biz məsələ qaldırmışıq ki, Azərbaycan məktəbləri bağlansın, gürcü məktəbləri açılsın, amma Azərbaycan dili, mədəniyyəti, tarixi fakültətiv olaraq tədris olunsun" - deyə İbrahimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti