Azərbaycan, Bakı, 14 iyul /müx. "TrendLife" Günel Əhmədova/ Aygün Kazımova növbəti konsertini açıq səma altında verəcək. Belə ki, müğənninin "TrendLife"a verdiyi məlumata görə, Yaşıl Teatrda verəcəyi konsertdə köhnə mahnılarını yeni tərzdə oxuyacaq. Səhnə dekorasiyası və geyimi ilə müğənni hər kəsi valeh edəcək. Bu arada xatırladaq ki, Türk Hava Yolları ilə müğənni arasında yaşanan münaqişə isə hələ də davam edir. Məhkəmə başlamasa da, müğənninin vəkli bu işlə məşğul olur.