...

Bu il Gəncədə 8 nəfər HİV virusuna yoluxub

Cəmiyyət Materials 17 İyul 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Bu il Gəncədə 8 nəfər HİV virusuna yoluxub. Bununla da Gəncədə HİV/AİDS virusu ilə yaşayanların sayı 32 nəfərə çatdı. Bu barədə məlumatı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva verib.

Onun söhzlərinə görə, cari ilin ilk altı ayı ərzində Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzində 5343 nəfər QİÇS-ə görə yoxlamadan keçib. Almaz Tomiyeva yoxlamadan keçənlərdən 8-nin nəticəsinin mənfi olduğunu bildirdi. Onun sözlərinə görə, QİÇS xəstəliyinə tutulanlardan 6-sı məhkum, 1-i azyaşlı uşaq, 1-i vərəmli xəstədir:"Təcridxanada olan məhkumlardan 6-sı da narkotika istifadəçiləridir və onların birgə sprisdən istifadə zamanı QİÇS-ə yoxlamaları ehtimal olunur. Azyaşlı uşaqların isə valideynləri bu virusun daşıyıcılarıdır və hamiləlik dövründə virus övlada da keçib. Vərəmli HİV daşıyıcısına gəlincə, ehtimal olunur ki, bu şəxs HİV virusuna yoluxduqdan sonra orqanizmin müqaviməti azaldığına görə, vərəmlə xəstələnib".İlk yarımillikdə 3 nəfər Gəncə sakini QİÇS-dən dünyasını dəyişib. Tomiyeva hazırda Mərkəzdə 32 QiÇS-li xəstəsinin qeydiyyatda olduğunu bildirdi. Bunların 5 nəfəri qadın, 1-i uşaqdır.

Xəbər lenti

Xəbər lenti