Azərbaycan, Bakı, 20 iyul /müx.TrendLife Süleyman Vəliyev/Kliplər də qızlar kimi müxtəlif rəngdə olur. Qırmızı, qara, ağ. Azərbaycan teleefirində yaxşı professionallarla yanaşı, açıq-açıq fırıldaqçılıq baş alıb gedir. Heç də professional olmayan klip çəkilişləri də olur. Öz düşüncələrini bizimlə bölüşən Kənan M.M TrendLife-a bunları söylədi.
- Bilirsiniz, klipin çəkilməyi barədə konkret dərsliklər yoxdur. Bu, rejissorun azad ideyasıdır. Bu çox yaxşıdır. Məsələn, Aqil M. Quliyevin, Fuad Əlişovun, Ülviyyə Könülün öz tamaşaçıları var. Eyni zamanda tamaşaçı yaxşı klip görməyəndə o dəqiqə düzgün seçim etməyə başlayır. Faktiki olaraq professional olmayanlar bizə imkan verir ki, öndə olaq. Bizim bir atalar sözündə deyildiyi kimi, "pisi görməyincə yaxşının qədrini bilmirsən".
- Lakin qeyri-professionallar faktiki olaraq əsl yaradıcılıığı öldürürlər.
- Professional klipmeyker anlayışı nisbidir. Məsələn, Fuad Əlişov ixtisasca radiotexnikdir, Ülviyyə Könül də rejissor deyil. Faktiki olaraq klipmeyker də ixtisas deyil. Mahnını ilk dəfə eşidəndə nəsə düşünürsən, sonralar dinlədikcə başqa-başqa fantaziyalar ağlına gəlir, sonra da onu klipdə reallaşdırırsan. Əsas odur ki, Allah vergisi olsun. Fərqi yoxdur, istər telerejissor ol, istərdə teatrda çalış.
- Yaxşı klip müğənninin tanınmağına təsir edirmi?
- Əlbəttə! Hansısa hissədə təsir edir. Lakin bir söz deyim ki, əsl yaradıcı, professional müğənni çoxlu pərəstişkar əldə edə bilər.
- Bir çoxları üçün Amerika rejissorlarının çəkdiyi kliplər klipmeykerliyin etalonu sayılır. Hərçənd bu kliplər məzmunca bir-birinə oxşardır: "Yırğalanan zəncilər", yarıçılpaq qızlar, eyni fonda ya studiyada, ya da hovuzun yanında.
- Bəli, Amerika kliplərində mütləq seks-qızlar, erotika, bahalı avtomaşınlar, narkotik maddələr iştirak edir. Hətta ən tanınmış klipdə zəif süjet xətti var. Yaradıcılıq kənarda qalır. Biz əgər belə klip çəksək, müğənnilərimiz klipi başımıza vurarlar. Tamaşaçılar başa düşmür ki, əgər fonu, geyimləri, qrimi, çəkiliş yerini, operator işini onlarla müqayisə etsək, onda bizim işimiz həqiqətən də onların işindən üstündür. Bir şeyi başa düşmük lazımdır ki, əgər klip gözəldirsə, bu o demək deyil ki, gözəl çəkilib. Sadəcə texnikadan, təhcizat, xasiyyət və professionallıqdan çox şey asılıdr.
- Belə çıxır ki, bizim onlardan nəsə öyrənməyə ehtiyacımız yoxdur?
- Sən elə bir xarici tanıyırsan ki, mədəniyyətdən bizə dərs desin?
- Xeyr.
- Ay sağ ol. İndi isə Tofiq İsmayılov, Lütviyar İmanov, Emin Sabit oğlu, Xədicə Abbasova kimi adları yadımıza salaq. Bax, onlar Türkiyədə dərs deyirlər, yaxud deyiblər. İncəsənət Universitetində çoxlu türklər oxuyur. Bəs onlarla iüqayisədə bizim tələbələrin oxumağını görmüsünüz? Mənim bir tanışım var, türk, mənə deyir ki, sizdə ideya var, bizdə isə texnika...
R.S. Kənan avqust ayında Xumar Qədimova ilə birgə "Gəl inad etmə" klipinin çəkilişlərinə başlayacaq.