...

Azərbaycan çempionatında "Neftçi" və "MKT-Araz"ın iştirakı ilə keçirilməli oyunlar təxirə salına bilər

Cəmiyyət Materials 26 İyul 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan çempionatında "Neftçi" və "MKT-Araz"ın iştirakı ilə keçirilməli ilk təqvim matçları başqa vaxta təxirə salına bilər. Bunun üçün komandaların UEFA kubokunun növbəti mərhələyə adlaması lazımdır.

AFFA-nın yarışların təşkili departamentinin rəhbəri Məlik Həsənovun bildirdiyinə görə, birinciliyin təqvimində üç ehtiyat günü nəzərdə tutulur. "Biz bu günləri fors-major hallar üçün saxlamışıq. Yəni əgər bu və ya digər komandalar obyektiv səbəblərə görə təqvimə əsasən öz oyunlarını keçirə bilməsələr, həmin günlərdən istifadə olunacaq" - deyə Həsənov vurğulayıb.

Çempionatın başlanılması avqustun 11-də nəzərdə tutulur. Mövsüm əvvəlki kimi mayın 28-də bitəcək. Həmin gün ölkə kubokunun finalı oynanılacaq.

Xəbər lenti

Xəbər lenti