...

Müğənni Aslan Hüseynov: "Mən tamaşaçıları gic yerinə qoymaq istəmirəm"

Cəmiyyət Materials 27 İyul 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul \müx.TrendLife Vüqar İmanov/"Qırğız balası" Aslan Hüseynov qara siyahıya düşüb. Və heç cür ordan çıxa bilmir. Son vaxtlar bədbəxt hadisələr gənc müğənnini addım-addım izləyir. Müğənni bu yaxınlarda qəzaya düşüb, iki bahalı xarici maşını vurub. Eyni vaxta onun valideynləri xəstələnib, teleefirdən zərbə alıb. Aslanın dediyi kimi, "heç düşmənimə də arzulamıram".

Müğənninin TrendLife-a verdiyi məlumata görə, heç də bu hadisələri qara xətt adlandırmır. "Bu, sadəcə müvəqqəti çətinlikdir. Allaha çox şükür, yaxınlarım, qohumlarım sağlamdırlar. Qəzadan sonra zərərçəkən yaxşı insan çıxdı. Öz maşınını özü təmir etdirdi. Yaradıcılıq işləri də pis getmir. Hazırda vətənpərvərlik mövzusunda olan "Azərbaycan" mahnısı üzərində işləyirəm. Həmin mahnıya Müdafiə Nazirliyinin sifarişi ilə klip də çəkiləcək. Daha bir mahnı var - "Həmrəylik marşı", ona da klip hazırlanır. Mahnının bəstəkarı Oqtay Kazımi, sözlərin müəllifi isə Müşfiq Novruzdur. Əlbəttə ki, çoxlu vəsait lazımdır. Amma hər yerdə mənə endirimlər edirlər. Müxtəlif teleproqramlara dəvətlər edirlər. Hələ ki, sağlamlığımla əlaqadar təklifləri qəbul edə bilmirəm. Bir az "gözəlləşən" kimi yaradıcı işələrə başlayacağam".

Aslan Hüseynov onu da bildirdi ki, son vaxtlar bəzi həmkarları ilə etdiyi söz-söhbətə görə peşmandır. "Mən Azərbaycana gələn kimi, təəssüf ki, hər şeyi qalmaqalla başladım. Lakin bilmirdim ki, burda məşhur olmaq üçün hər kəs qalmaqalla başalyır şou-biznesə. Mənim ayağımın altını qazırdılar, mən də inanırdım, onlara dava-dalaş edirdim. Sonradan başa düşdüm ki, bunu etmək yaxşı deyilmiş, nahaq yalan sözlərə qulaq asırdım. İndi artıq məni qalmaqallı verilişlərdə görmürlər. Əvvəlki kimi mənə artistlər zəng vurub deyirlər ki, gəl yalandan qalmaqal yaradaq. Mən belə süni şeylərə baş qoşmaq istəmirəm. Daha doğrusu, tamaşaçımı gic yerinə qoymaq istəmirəm. Qoy mənim haqqımda az danışsınlar, amma yaxşı danışsınlar".

.

Xəbər lenti

Xəbər lenti