Musiqi aləmində gəzən söhbətlərə görə, avqust ayında dünyaşöhrətli pianoçu Nikolay Petrof Bakıya gələcək. O, Bakıda ustad dərsləri də verəcək. Bu informasiyanı TrendLife dəqiqləşdirməyə çalışanda məlum oldu ki, bundan heç kimin xəbəri yoxdur. İnformasiya heç yerdə təsdiq etmədilər. Hətta əməkdar artist Murad Hüseynov Nikolay Petrofla əməkdaşlıq etsə də, o da bu xəbəri böyük təəccüblə qarşıladı. Hamı elə bilirdi ki, xəbər düzgün deyil. Çünki avqust məzuniyyət ayıdır.
Ancaq Nikolay Petrof, doğurdan da, Bakıda ustad dərsləri verəcək. Mövsüm açılan kimi, yəni sentyabrda.