...

Azərbaycan politoloquna qarşı ittihamlarla bağla müdafiə hərəkətləri aparılır

Cəmiyyət Materials 31 İyul 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğluna qarşı irəli sürülən ittihamlar və toplanan sübutların əsassız olduğunu sübut etmək üçün müdafiə hərəkətləri aparılır. Bu barədə çərşənbə axşamı Trend ə Novruzoğlunun vəkili Tofiq Allahverdiyev məlumat verib. Vəkilin sözlərinə görə, o bu gün müdafiə etdiyi şəxslə görüşüb. Novruzoğlu saxlanma şəraitindən razıdır və səhhəti ilə bağlı hər hansı problemi yoxdur. Allahverdiyev müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamlar üzrə dindirmələrin aparıldığını deyib və Novruzoğlunun ittihamları ilə razılaşmadığını bildirib.

Azərbaycan politoloquna Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə iş qaldırılıb.

Bakı Şəhər İcra hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında Novruzoğlu barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilib. Məlumata görə, Novruzoğlu özünü baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olub. Onun barəsindəki cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi aparır.

Politoloq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti