...

"Bakı"nın qolkiperi: "Biz Azərbaycan çempionu titulunu özümüzə qaytara bilərik"

Cəmiyyət Materials 6 Avqust 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Bakı" yenidən özünə Azərbaycan çempionu titulunu qaytara bilər. Bu sözləri sözügedən klubun qolkiperi Xalidu Sissoko komandanın avqustun 11-də start götürəcək birincilikdə şanslarını dəyərləndirərkən deyib .

Trend in bakılılaran rəsmi saytına istinadən yaydığı məlumata görə, qapıçı hesab edir ki, mövsümlər arasında kollektiv xeyli güclənə bilib və indi o, istənilən vəzifələri həll edə bilər. "Düşünürəm ki, ilk vaxtlarda bizə asan olmayacaq. Axı son üç il ərzində komanda bir heyətlə oynayıb. Lakin bəlli olduğu kimi, əvəzedilməzlər olmur və mən əminəm ki, yeni oyunçular heyətə tezliklə uyğunlaşacaq" - deyə qolkiper vurğulayıb.

Sissokonun sözlərinə görə, klubun əsas rəqibləri "Xəzər-Lənkəran"la "Neftçi" olacaq. Eyni zamanda o, "MKT-Araz", "Qarabağ" və "Olimpik"i önə çəkib.

Xəbər lenti

Xəbər lenti