...

İçtimai Televiziya həbsdə olan "Müxalifət" qəzetinin jurnalistlərinə qarşı iddia qaldırıb

Cəmiyyət Materials 6 Avqust 2007 17:18 (UTC +04:00)
İçtimai Televiziya həbsdə olan "Müxalifət" qəzetinin jurnalistlərinə qarşı iddia qaldırıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Avqustun yeddisi saat 12.00-da Yasamal Rayon Məhkəməsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xanlar rayon üzrə müxbiri Əminə Rəhimovanın "Müxalifət" qəzetinin hazırda həbsdə olan baş redaktoru Rövşən Kəbirli və adıçəkilən qəzetin şöbə müdiri, hazırda həbsdə olan Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılacaq.

Rəhimova "Müxalifət"çilərin Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə (böhtan) cəzalandırılmasını tələb edir. Bu maddəyə əsasən hər iki şəxsi bir il altı ay müddətinə azadlıqdan məhrum edilmə nəzərdə tutulub. İTV-nin əməkdaşı Kəbirli və Ağazadəyə qarşı mülki iddia da irəli sürüb və ona dəymiş maddi və mənvi ziyana görə 50 min manat

təzminat ödənilməsini tələb edir.

Aprelin 18-də "Kriminal Aləm" qəzetində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən Xanlar rayonu ərazisində yerləşən "Şır-şır" restoranında əxlaqsızlıq yuvası aşkarlanıb" başlıqlı məlumat dərc olunub. Həmin məlumatda qeyd olunub ki, əxlaqsızlıq yuvasında yaxalananlar arasında Əminə Rəhimova da olub. Həmin məlumatı əvvəlcə

Yaşar Ağazadə aprelin 19-da özünün "Mühakimə" qəzetində, sonra isə aprelin 21-də Rövşən Kəbirli "Müxalifət" qəzetində təkrar dərc edib.

Rəhimova iddia ərizəsində göstərib ki, Kəbirli və Ağazədə ona şər atıb və ona görə də cəzalandırılmalıdırlar. Müdafiə tərəfi isə bunu əsassız hesab edir.

Kəbirli və Ağazədə millət vəkili Cəlal Əliyevin iddiası əsasında (böhtan və təhqir) iki il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti