...

Kanadada Azərbaycan televiziyası açılıb

Cəmiyyət Materials 8 Avqust 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Kanada Azərbaycan Dərnəkləri Fedarasiyasının (KADF) təşəbbüsü ilə bu ölkədə "AzCan Tv" adlı Azərbaycan televiziyası açılıb. Bu barədə çərşənbə günü KADF-dən məlumat verilib.

KADF ilə Kanadanın "ROGERS Tv" arasında bağlanan  müqaviləyə əsasən, sentyabr ayının birindən fəaliyyətə başlaması nəzərdə tutulan  "AzCan Tv"  ilk mərhələdə həftədə bir saatlıq olaraq "ROGERS Tv"nin nəzdində öz fəaliyyətinə başlayacaq.

KADF prezidenti Əkbər Məcidov bildirib ki, "AzCan Tv" Kanada və Azərbaycan arasında  körpü rolunu oynayacaq. Eyni zamanda həm Kanadadakı azərbaycanlıların tribunası, həm də mədəniyyətimizin və milli varlığımızın Kanadada yaşadılması üçün bir vasitə  olacaq: "Biz inanırıq ki, "AzCan Tv" daha da inkişaf edərək azərbaycanlıların və ölkəmizin daha çox tanıdılmasına böyük tövhə verəcək".

Xəbər lenti

Xəbər lenti