...

"Bizim yol" qəzetinin 15 nəfər əməkdaşı Müşfiq Hüseynovun işi üzrə istintaqa çağırılıblar

Cəmiyyət Materials 9 Avqust 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova / "Bizim yol" qəzetinin 15 nəfər əməkdaşı Müşfiq Hüseynovun işi üzrə istintaqa çağırılıblar. Bu barədə cümə axşamı Bakıda mətbuat konfransı keçirən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri, Hüseynovun işi üzrə İşçi qrupun rəhbəri Emin Hüseynli məlumat verib.

Hüseynli hesab edir ki, "Bizim yol" qəzetinin əməkdaşının rüşvət alması məsələsi hərtərəfli araşdırılmalıdır. Onun sözlərinə görə, Hüseynovun işi üzrə İşçi qrupun yaradılmasında məqsəd bu işi hərtərəfli araşdırmaqdır: "Bu məsələdə digər mətbuat orqanlarının rəhbərləri, hüquq müdafiəçiləri iştirak etməlidir".

Hüseynli deyib ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, indiyə qədər Mətbuat Şurasına "Bizim yol" qəzetinin əməkdaşlarının rüşvət alması ilə bağtlı hər hansı bir müraciət daxil olmayıb.

O qeyd edib ki, jurnalistin yaxın qohumları, o cümlədən qardaşı onunla görüşə bilmir. Təşkilat rəhbərinin sözlərinə görə, bir neçə dəfə Hüseynovun rüşvət aldığı guman edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Rizvan Əliyevlə əlaqə saxlamaq istəsələr də bu mümkün olmayıb. Ona görə də Əliyevə yazılı sorğu göndərəcəklər.

"Bizim yol" qəzetinin əməkdaşı Hüseynov iyulun 24-də Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Fakla bağlı Cinayət Məcəlləsinin 311.1 maddəsi ilə cinayət işi qaldırılıb. Jurnalistin işi üzrə istintaqı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Hüseynov hazırda 1 saylı Bayıl istintaq təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti