...

Sabiq səhiyyə nazirinin müdafiəçisinin məhkəməsi gələn həftə başlayır

Cəmiyyət Materials 10 Avqust 2007 12:52 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi rəhbərinin barəsindəki cinayət işi üzrə hazırlıq iclası avqustun 17-nə təyin olunub. Bu barədə Trend ə cümə günü Sumqayıt Şəhər Məhkəməsindən məlumat verilib. Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbovun barəsindəki cinayət işi Sumqayıt Şəhər Məhkəməsində hakim Təhminə Xəlilovanın icraatına verilib.

Talıbova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Talıbov barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb. O, hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır.

Talıbov bir müddət öncə mətbuata verdiyi məlumatda özünü həbsdə olan jurnalist hesab edib.

Xəbər lenti

Xəbər lenti