...

Müğənni Roya və Samir hər kəsin gözü qarşısında qucaqlaşdılar

Cəmiyyət Materials 11 Avqust 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /müx. Vüqar İmanov/ Ah bu toylar, toylar... Həyatda şən hadisələr, yeni ailələrin qurulması nə qədər də sevindirici hadisələrdir. Nəyə görə bu toylar estrada müğənnilərinin özlərinə aid deyil? Onlar elə hey bacılarını, qardaşlarını evləndirirlər. Buna misal olaraq Aslan Hüseynovun bacısının və Nurlan Növrəslinin qardaşının toyunu misal göstərmək olar. Dünən Bakıdakı şadlıq evlərinin birində müğənni Samir Cavadzadənin bacısının toyu idi. Toyda "başçı" Samir deyil, onun "döyüş həmkarı" Röya idi. O, qonaqları qarşılayır, yerlərini göstərir, məclisi şənləndirirdi. Elə bil ki, özünün toyu idi. Yeri gəlmişkən, müğənninin "TrendLife"a verdiyi məlumata görə, sevgilisi olsa da, hələ ki bu yaxınlarda ailə qurmaq fikrində deyil. Belə ki, hazırda Türkiyə ilə bağlı planlarla məşğul olur. Qonaqlar şənlənir, gəncləri təbrik edir, onlara ailə səadəti və xöşbəxtlik arzulayırdılar. Çox maraqlıdır ki, toyda bir çox müğənnilər iştirak etmirdilər. Axşam saat 23:00-a qədər məclisi ancaq restoran müğənniləri idarə etdi. Sonradan Elnur, Elnarə, "Dəyirman", şoumen Murad Dadaşov, yumorist Coşğun Rəhimov, prodüsser Anar Mədətov həyat yoldaşı ilə, klipmeyker Ülviyyə Könül gəldi. Roya və Samir çox sevinirdilər. Onlar hər kəsin gözü qabağında öpüşüb qucaqlaşırdılar. "TrendLife"la müsahibəsində müğənni Samir Cavadzadə bunları qeyd etdi: "Hər şey çox tez baş verdi. Mənim xalam qızının ad günündə tanış oldular. Sonra nişan arxasınca toy. Atamın vəfatından sonra mən Könülə ata k imi idim. Qədim Azərbaycan adətinə görə "hə" alanda şirin çayı mən onlar verdim. Xoşbəxt olsunlar. Bir-birlərini sevsinlər, ən əsası hörmət etsinlər. Sevgi keçib gedə bilər, ailə həyatında əsas hörmət, bir-birlərini başa düşməkdir".

- Bəs nə vaxt evlənməyi düşünürsən?

- Heç kəs yoxdur evlənməyə.Mənim seçəcəyim qız həm ağıllı, həm də gözəl olmalıdır.

- Bəs estrada ifaçılarının hansı ilə ailə qurmaq istərdin?

- Bir insan kimi məni ömrümün sonuna kimi ancaq Roya başa düşər...

Xəbər lenti

Xəbər lenti