...

Azərbaycanlı pianoçu Murad Hüseynov bir neçə layihə hazırlayır

Cəmiyyət Materials 13 Avqust 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Növbəti mövsüm üçün əməkdar artist, tanınmış pianoçu Murad Hüseynov bir neçə layihə hazırlayır. "TrendLife"ın verdiyi məlumata görə, layihə ilə bağlı yalnız o məlumdur ki, ilin sonuna kimi musiqiçi Rusiyada, həmçinin Türkiyənin bir neçə şəhərində konsert proqramı ilə çıxış edəcək. Çox güman ki, musiqiçinin konsert proqramı ilə çıxış edəcəyi şəhərlərin adı İstanbul və Edirne olacaq. Çünki o, bu şəhərlərin yerli konservatoriyaları ilə əməkdaşlıq edir, orada master-klass verir. Ola bilər ki, başqa şəhərlərdə də konsertlə çıxış etsin. Musiqiçinin həmçinin Bakıda konsertləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti