Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Özəl notariat kontorları ilk növbədə ölkənin böyük şəhərlərində yaradılacaq. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bazar ertəsi Trend ə bildirib ki, özəl natariusların fəaliyyətinə mərhələ-mərhələ icazə veriləcək. İdarə rəisinini sözlərinə görə, bu institut bizim üçün yeni olduğundan ilk növbədə iri şəhərlərdə özəl notariusların fəaliyyətinə icazə veriləcək: "Bizdə dövlət orqanlarına müraciət daha etibarlıdır. Vətəndaşlar özəl natariuslara müraciət etməzsə, özəl notariat kontoru fəaliyyətini maliyyələşdirə bilməyəcək. Əgər bu institut özünü doğruldarsa, digər rayon və şəhərlərdə də özəl natariuslar yaradılacaq".
Ölkədə 136 notariat kontorunda 149 notariusun fəaliyyət göstərməsi nəzərdə tutulub. Şazərda ölkədə 136 notariat kontoru fəaliyyət göstərir. Bir neçə notarius yaş həddinə görə işdən azad edilib.
Mayın 7-də notariat fəaliyyəti ilə məşgul olmaq istəyənlər üçün elan olunmuş sənəd qəbulu avqustun 10-da başa çatıb. Soltanov bildirib ki, bu fəaliyyətlə məşğul olmaq üçün 527 nəfər sənəd verib. Həmin sənədlər İxtisas Komissiyası tərəfindən araşdırıldıqdan sonra imtahan keçiriləcək. İmtahanda lazım olunan nəticəni göstərən namizədlər 6 aylıq tədris kurslarına cəlb olunacaq. Sonra isə onlar müsahibədən keçəcəklər. İmtahanlardan sonra özəl qaydada fəaliyyət göstərən notaiatlar fəaliyyətə başlayacaq.