...

Alabina Bakıya gələcək

Cəmiyyət Materials 13 Avqust 2007 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / "TrendLife" müxbir E. Hüseynzadə/ "Yaşıl teatrda" sonuncu konsert tanınmış "Gipsy Kings" qrupunun çıxışı olub. Onda bu konsert haqqında çox yazdılar, çox danışdılar. Sonra "Yaşıl teatrda" böyük fasilə oldu. Özü də mövsümün qaynayan vaxtı. İndi olmayıb qışda olmayacaq ki. Lakin indiyənə qədər çıxış olmayıb hətta indi də yoxdur. Hərçənd bizim ulduzlar hər dəfə söz verirlər ki, orada konsert verəcəklər. Lakin sözdən əmələ heç kim keçmir. "TrendLife"ın verdiyi məlumata görə sentyabrın 7-də nəhayət ki, orada konsert olacaq. Bu yenə də xarici qrupun çıxışı olacaq. Bizim üçün vaxtilə məhşur olan "Alabina" qrupu çıxış edəcək. Bu müsiqi kollektivi Fransanı təmsil edir. Lakin heç də Fransa qrupuna bənzəmir. Qrupun solisti Eti Tak İsraildəndir. Onlar dünyanın bir çox yerlərində çıxış ediblər. Bu sırada Böyük Britaniyanın, ABŞ, Avstraliyanın, İspaniyanın, İsveçrənin və digərlərinin adını çəkmək olar. Öz musiqilərini "dünya musiqisi" adlandırırlar. Mənim xatirimdə bu qrup "Bakılı oğlanlar" ŞHK-nun üzvü olan Bəhram Bağırzadənin ispan kostyumunda rəqsi kimi qalıb. Bir sözlə bizi qaynar mahnılar gözləyir. Bundan başqa bizi bir daha "Yaşıl Teatrı" görmək şansı gözləyir.

Xəbər lenti

Xəbər lenti