...

FK "Xəzər" Azərbaycan yığmasının müdafiəçisi ilə anlaşıb

Cəmiyyət Materials 14 Avqust 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Xəzər" futbol klubu Azərbaycan yığmasının müdafiəçisi Zaur Həşimovla anlaşıb. Futbolçu mövsümə "MKT-Araz"ın heyətində başlasa da, klub dağıldıqdan sonra azad agent statusunu alıb. Zaur ölkə çempionunun onun birillik müqavilə imzalamaq təklifini müsbət dəyərləndirib. Həşimovun "Xəzər"ə gəlişi bu komandanın müdafiə xəttinin güclənməsinə səbəb olmalıdır. Belə ki, Valerii Abramidzenin gedişindən sonra komandanın müdafiə xətti faktiki olaraq sıfırdan qurulmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti