...

Azərbaycanda vətəndaşlara işgəncə polis idarələrində ibtidai istintaq vaxtı verilir

Cəmiyyət Materials 14 Avqust 2007 16:15 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda vətəndaşlara işgəncə daha çox polis idarələrində ibtidai istintaq vaxtı verilir. Bu ilin 6 ayında polis idarələrində 42 işgəncə faktı qeydə alınıb. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov çərşənbə axşamı Trend ə bildirib ki, hesabat dövründə 50 işgəncə faktı qeydə alınıb. Onlardan 3-ü hərbi hissələrdə, 1-i Quba rayon bələdiyyəsində, 1-i isə Neftçala rayon məhkəməsində baş verib. Quba rayon sakini bələdiyyə nümayəndəsi, Neftçala rayon sakini isə rayon məhkəməsinin məhkəmə nəzarətçisi tərəfindən döyülüb. İşgəncə zamanı ölüm faktları isə hərbi hissələrdə olub. Behbudovun sözlərinə görə, hərbi hissələrdə işgəncələrdən 3 ölüm faktı qeydə alınıb.

Komitə 6 ay ərzində işgəncələrlə bağlı vəziyyətə dair hesabat hazırlayıb. Bu sənəd BMT, ATƏT və Avropa Şurasına, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti