...

Azərbaycanın təhsil naziri məktəb direktorlarına vahid məktəbli formasının tətbiqinə qarışmağı qadağan edib

Cəmiyyət Materials 16 Avqust 2007 14:48 (UTC +04:00)
Azərbaycanın təhsil naziri məktəb direktorlarına vahid məktəbli formasının tətbiqinə qarışmağı qadağan edib

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanın təhsil naziri Misir Mərdanov məktəb direktorlarına vahid formanın tətbiqi məsələsinə qarışmağı qadağan edib. Bu barədə o, cümə axşamı jurnalistlərə bildirib.

Azərbaycan Təhsil Nazirliyinin qərarı ilə 2007-2008-ci tədris ilindən Azərbaycanın bütün orta məktəblərində vahid formanın tətbiqinə keçilib.

Nazirin sözlərinə görə, bu qərarın icrası ilə valideyin assosiasiyaları və valideyn - müəllim təşkilatları məşğul olacaq. Nazirliyin hesablamalarına görə, şagirdlər üçün bir dəst yay və qış forması valideynlərə 15-50 manata başa gələcək.

Nazir söyləyib ki, Azərbaycanda vahid məktəbli formasının tətbiqinə keçid tədricən həyata keçiriləcək. Onun sözlərinə görə, aztəminatlı ailələrin uşaqları üçün xərclərin müəyyən hissəsini dövlət öz üzərinə götürə bilər. Nazir bildirib ki, bu məsələyə gələcəkdə baxılması mümkündür.

Xəbər lenti

Xəbər lenti