...

Aliyə Qarayeva Universiadada bütün ayrıca növlərin finallarına vəsiqə qazana bilər

Cəmiyyət Materials 16 Avqust 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ İplə hərəkətdə bədii gimnastika üzrə Avropa çempionu Aliyə Qarayeva Banqkoqda keçirilən Ümumdünya Universiadasında bütün ayrıca növlərin finallarında təmsil oluna bilər.

Azərbaycan yığmasının lideri artıq ip və qurşaqla hərəkətdə səkkizliyə yüksələ bilib. Çoxnövçülüyün ikinci günündə isə Aliyə gürz və iplə hərəkətdə çıxış etməlidir. Bu proqramlarda Anna Qurbanova da çıxış etməlidir.

Çoxnövçülüyün ümumi hesabında hələlik rusiyalı Olqa Kapranova liderlik edir. Ondan sonra komanda yoldaşı Vera Sessina və belaruslu İnna Jukova gəlir.

Xəbər lenti

Xəbər lenti