...

Azərbaycanlı məhkum intihar etmək istəyir

Cəmiyyət Materials 17 Avqust 2007 16:28 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ 1 saylı cəza çəkmə müəssisəsində cəza çəkən məhkum işinə yenidən ədalətli baxılmayacağı halda intihar edəcəyini bəyan edib. Bu barədə cümə günü bir saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qəhrəman Əmirovla görüşən İşgəncələr Əleyhinə Komitəninn sədri Elçin Behbudov məlumat verib.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin onun barəsində ədalətsiz hökm çıxardığına etiraz olaraq 17 gündür ağzını tikərək aclıq keçirən Əmirov ədalətli məhkəmə araşdırması tələb edir.

Behbudov bildirib ki, Əmirov Göyçay rayon polis şöbəsində işgəncələrə məruz qaldığını, etmədiyi bir qətlin yalandan onun boynuna qoyulduğunu deyib. Əmirov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Nüşabə Ağayeva və Vəkil Şükürov tərəfindən ədalətsiz məhkəmə araşdırılması aprıldığını və 15 il azadlıqdan məhrum edildiyini deyib.

Behbudov məhkumun işi ilə bağlı aidiyyatı instansiyalara müraciət edəcəyini və onun hüquqlarının bərpasında yardımçı olacağını vəd edərək Əmirovdan ağzının tikişlərini sökməyi və aclığı dayandırmağı xahiş edib: "O, mənə söz verdi ki, etiraz aksiyasını dayandıracaq". Behbudov rəhbərlik etdiyi Komitə adından baş prokuror Zakir Qaralova bu gün müraciət edərək bu işin araşdırılmasını və günahkar şəxslərin cəzalandırılmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti