...

Azərbaycan jurnalistlərinin apellyasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 20 Avqust 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 8 jurnalistin Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsinin icraata qəbul edilməməsindən verilən şikayətə Bakı şəhər Apellyasiya Məhkəməsində baxılacaq. Bu barədə bazar ertəsi Media Hüququ İnstitutundan məlumat verilib. Şikayət hakim İlham Əsədovun icraatına verilib. Məhkəmə iclası avqustun 28-də saat 12:30-a təyin olunub.

Bir qrup jurnalist iyunun 12-də mediaya basqılara son qoyulması tələbilə Bakıda aksiya keçirməyə cəhd göstəriblər, lakin onların piketi dağıdılıb, özləri Səbail rayon Polis İdarəsi əməkdaşlarının fiziki təzyiqləri ilə üzləşiblər. İddiaçı jurnalistlər aksiyanın polis tərəfindən dağıdılması ilə sərbəst toplaşma hüquqlarının, fikri ifadə etmək azadlıqlarının pozulduğunu iddia ediblər.

Jurnalistlər məhkəməyə müraciətlərində polisin piketə müdaxiləsini qanunsuz hesab edən, jurnalistlərə zorakılıq göstərən polis əməkdaşlarına cinayət işi başlanmasını, habelə onların hüquqları pozulan jurnalistlərə 10.000 AZN təzminat ödəməsini nəzərdə tutan qətnamə çıxarılmasını istəyiblər.

Səbail rayon Məhkəməsi isə müxtəlif arqumentlər gətirərək iddianın icraata qəbul edilməməsini nəzərdə tutan qərardad çıxarıb. Həmin qərardaddan apellyasiya şikayəti verilib.

Apellyasiya şikayəti hakim İlham Əsədovun icraatına verilib. Məhkəmə iclası avqustun 28-də saat 12:30-a təyin olunub.

Xəbər lenti

Xəbər lenti